HAQQIMDA

Samirə Bağırova Yaqub qızı 1983-cü ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 270 saylı tam orta məktəbi bitirib. Daha sonra Bakı Qızlar Universitetində filologiya fakültəsi üzrə təhsil alıb. Eyni zamanda Milli Aviasiya Akademiyasında təyyarə bələdçisi üzrə təhsil alaraq bu sahədə çalışıb.

2006-cı illərdə İngiltərənin Gatwick Training Centre-də tibbi biliklər, sərnişin və təyyarə təhlükəsizliyi üzrə kurslar keçib. 2008-ci ildə Litvada yerləşən Human Factor Training Course by Lithuanian C.A.A. Mokymo Centras çərçivəsində insan fiziologiyası və psixologiyası üzrə təhsil alıb.

Eyni mərkəzdə liderlik, idarəçilik, əmr vermək və tabeçilik, stressin və gərginliyin idarə olunması, komandada işləmək və gərginlik zamanı buraxılan yanlışlara nəzarət mövzularında ixtisaslaşma kurslarını başa vurub.

2014-cü ildə mehmanxana və qeydiyyatçı ixtisası üzrə peşə təhsilini də başa çatdırıb. Həmin ildə Medical Alliance şirkətində təsisçi və rəhbər kimi fəaliyyət göstərib.

2019-cu ildə Menora Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri kimi çalışıb. Daha sonra 2022-ci ildə Ukraynanın Kiyev şəhərində yerləşən M.P. Draqomanova adına Universitetdə psixologiya üzrə magistr təhsili alıb.

Psixologiya sahəsində nəzəri və praktiki biliklərini Ankara şəhərində yerləşən Boylam Psikiyatri Xəstəxanasında dərinləşdirərək uzmanlıq əldə edib. Həmin ildə “Möcüzəyə İnan” Reabilitasiya Mərkəzinin təsisçi rəhbəri kimi fəaliyyət göstərməyə başlayıb. Burada eşitmə və danışma məhdudiyyətli uşaqlarla surdopedaqoq kimi çalışıb.

Hazırda fərdi psixoloji konsultasiyalar həyata keçirir və bu sahədə aktiv fəaliyyət göstərir.

"Ağ Qan", "Hu" və "Oyanış" trilogiyasının müəllifidir. Şəhər daxilində və bölgələrdə, əsasən qadınların və gənclərin sağlam düşüncəsinin formalaşması və inkişafı məqsədilə seminarlar təşkil edir.

Samirə Bağırova
Filoloq, psixoloq, yazar, publisist, maarifçi, filosof polimat

Adı: Samirə Bağırova Yaqub qızı

Doğum tarixi: 1983

Doğum yeri: Bakı, Azərbaycan

Milliyyəti: Azərbaycanlı

Təhsili:

  • Bakı Qızlar Universiteti
  • Milli Aviasiya Akademiyası
  • M.P. Draqomanova adına Universitet (Ukrayna)

Trilogiya: "Ağ Qan", "Hu", "Oyanış"

Fəaliyyət sahəsi: Fərdi konsultasiya, reabilitasiya, seminarlar

contact-left-image
PSİXOLOQ SAMİRƏ BAĞIROVA İLƏ FƏRDİ KONSULTASİYA ÜÇÜN

Müsait Vaxtda Görüş Planlaşdırın

Həyatınızdaki çətinlikləri bizimlə birlikdə həll edin.

Faydalı Paylaşımlar

Konfranslar , Təlimlər

© Samira Bağırova 2023. Bütün hüquqlar qorunur.

HOSTARING Rəqəmsal Biznesin İnkişafı